Məşhur müğənninin qəribə pəhrizi – Mismar batırılan alma yeyir

Məşhur müğənninin qəribə pəhrizi – Mismar batırılan alma yeyir

Rusiyalı məşhur müğənni Sati Kazanova hamilədir.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni sosial şəbəkə hesabında hamiləlik müddətində necə qidalanması barədə izləyicilərin suallarını cavablandırıb.

O, mismar batırılmış alma ilə qidalandığını bildirib.

"Qanda hemoqlobinin səviyyəsini yüksəltmək üçün bir neçə mismar batırılaraq 1 gün saxlanılmış almalarla qidalanıram. Dəmir dadı hiss olunur, amma yemək mümkündür. Belə almaları yedikdən sonra dilim, dişim qapqara olur", - deyən müğənni bildirib ki, bu şəkildə qidalanmağı ona həkim məsləhət görüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun