İnfulenser Asya Fuadın ağıl dişini çəkdirən zaman bədəninə infeksiya yayılması sosial şəbəkələrdə sual doğurub. İstifadəçilər fikirləşirlər ki, adi bir diş çəkimindən insanın vəziyyəti necə ağırlaşa, hətta reanimasiyaya yerləşdirilə bilər?
Burada həkim səhlənkarlağı olub-olmadığını araşdırmalardan sonra demək mümkündür.
Lakin Asyanın bu vəziyyətə düşməsinə səbəbin nə olduğunu öyrənmək üçün bir həkim rəyinə ehtiyac duyulur.
Olay bu səbəblə stamotoloq Şamil Rzayevlə əlaqə saxlayıb. Diş həkimi həm influenserin indiki vəziyyəti, həm də onun səhhətinin ağırlaşma səbəblərindən danışıb:
"İlkin analizləri toplayanda həkim bildirib ki bu, sepsis diaqnozudu. Yaranma səbəbi streptokok mənşəli bakteriyanın bədənə yayılmasıdır. Pasient ağıl dişini çəkdirib, o da badamcıq nahiyəsinə yaxın olub. Narkoz altında olduğu üçün bu bakteriya sürətlə qana keçib, özünü bildirib. Müalicə yüksək səviyyədə aparılır. Həkimlər əllərindən gələni edirlər. Analizlərin son nəticəsinə baxanda bu gün daha çox yaxşlığa doğru gedib. Bu o demək deyil ki, biz kritik vəziyyəti atlatmışıq. Bu diaqnnozun ən kritik vaxtı 48 saat ərzində olur. İnşallah yaxşı olar. Bizim əlimizdən gələn dua etməkdir. Həkimlər də müalicəsini protokola uyğun aparırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun