Xəbər verdiyimiz kimi, türkiyəli iş adamı Acun Ilıcalı dördüncü dəfə ailə həyatı quracaq.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 55 yaşlı Ilıcalı özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşəcək.
Cütlüyün artıq toy dəvətnaməsinin fotosu da sosial şəbəkədə yayılıb.
Onlar sentyabrın 4-də İstanbuldakı "Esma Sultan Yalısı"nda toy edəcəklər.
Dəvətnamədə qonaqların məclisdən görüntüləri paylaşmaması ilə bağlı xahiş də yer alıb.
Qeyd edək ki, 3 dəfə ailəli olan Acunun müxtəlif evliliklərindən 4 qız övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun