Bacısına görə 106 kiloqram arıqladı

Bacısına görə 106 kiloqram arıqladı

İngiltərədə 24 yaşlı Metyu Flanaqan donor olmaq və bacısı Emmanın həyatını xilas etmək üçün 106 kiloqram arıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Qıza böyrək çatışmazlığı diaqnozu qoyulub və ona yeni böyrək lazım olub. Metyu dərhal donor olmaq üçün qeydiyyatdan keçsə də, həkimlər onun artıq çəkisi səbəbindən orqanını bağışlaya bilmədiyini bildiriblər.

Çünki artıq çəkisi olan potensial donorlar cərrahi komplikasiya riski altındadır və çəki də uzun müddət ərzində qalan böyrəyin funksiyasına təsir göstərir.

Pis qidalanma səbəbindən kökələn Metyu arıqlamaq üçün bir ildə 8 min dollar xərcləyib. Artıq çəki ilə mübarizə aparmasına ona xüsusi qrup kömək edib.

O, arıqlayarkən donor proqramına qəbul olub və böyrəyini bağışlaya bilib. Hazırda Metyu çəkisi 93 kiloqramdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun