Məşhur müğənni milyarder olur - Kapitalı 800 milyon dollara çatdı

Məşhur müğənni milyarder olur - Kapitalı 800 milyon dollara çatdı

Dünya şöhrətli müğənni Beyonsun təmzi kapitalı 800 milyon dollara çatıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, "Forbes" jurnalı onun tezliklə milyarder olacağını yazıb.

Beyons indi özünü yalnız müğənni kimi yox, həm aktrisa, həm də biznes-ledi tanıdıb.
O bir sıra şirkətlərin investoru kimi çıxış edir.

Müğənninin kapitalı ötən 1 illə müqayisədə 300 milyon dollar artıb. Bu kəskin artıma onun "Renessans" adlı dünya turuna çıxması səbəb olub.

Beyonsun Malibudakı 200 milyon dollarlıq evi Kaliforniya tarixindəki ən bahalı ev sayılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun