Aktyor və ssenarist Əlixan Rəcəbov yeni mövsümdə təqdim edəcəyini filmlərin anonsunu verib.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Rəcəbov bildirib ki, 2024-cü ilin sonuna kimi 3 yeni komediya janrında ekran əsərini kinosevərlərin ixtiyarına verəcək:
“Bu ilin sonuna kimi sizi Əlixan Rəcəbovun 3 yeni filmi gözləyir – “Səriyyə” (satiric komediya), “Kran” (kriminal komediya), “Qaraj” (Sci-Fi, komediya)”.