Əməkdar artist Babək Niftəliyev əmisi oğlu, xanəndə Xəqani Niftəliyev üçün maddi yardım istəyib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Babək Niftəliyev sosial media hesabında Xəqani Niftəliyevin fotosunu bu sözlərlə paylaşıb:
"Serrozdan əziyyət çəkir, qaraciyər köçürülməsi şərtdir. Bu çətin zamanda sizlərin maddi dəstəyinə və dualarınıza ehtiyacımız var. Azyaşlı körpəsi var. Allah gəncliyinə bağışlasın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun