Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Orucov 61 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə Teatrın feysbuk səhifəsində məlumat paylaşılıb.
Sənətçi bu gün qəfildən dünyasını dəyişib.
Mərhum sabah Qazax rayonunda dəfn ediləcək.
Qeyd edək ki, Aydın Orucov Qazax Dövlət Dram Teatrının səhnəsində onlarla tamaşada rol alıb.