Ötən gün “TV 8” kanalının rəhbəri Acun Ilıcalı sevgilisi Ayça Çağla Altunkayanın toyu olub.
OLAY yazır ki, cütlüyün özəl gününə müğənni Ebru Gündeş həyat yoldaşı Murat Özdemirlə qatılıb.
İkili müxbirlərin nə suallarını cavablandırmaq nə də ki fotoqraflara poz vermək istəyiblər.
Gündeş ərinin əlindən bərk-bərk yapışaraq “Acun dostumun xoşbəxt günüdür. Xoşbəxt olsunlar. İşiniz uğurlu olsun” deyərək media əhlindən uzaqlaşaraq məkana girməyə tələsiblər.
Qeyd edək ki, E.Gündeş bu ilin fevralında özündən 12 yaş kiçik iş adamı M.Özdemirlə ailə qurub. Bir müddət əvvəl onların boşanması haqda xəbərlər yayılsa da müğənni əri ilə birgə fotosunu paylaşaraq şaiyələrə son qoyub.