Məşhur fransız aktyor Alen Delonun vəsiyyətnaməsi onun üç uşağına təhvil verilib.
Oxu.Az bu barədə "Figaro" nəşrinə istinadən məlumat verir.
Dördsəhifəlik sənəd İsveçrədən Anuşka, Antoni və Alen-Fabyen Delonlara sifarişli məktubla göndərilib. Varislərin bu sənədə etiraz etmək üçün 30 gün vaxtı var.
Böyük oğlu Antoni bəyan etmişdi ki, 150 milyon avro dəyərində qiymətləndirilən mirasın 50%-i bacısı Anuşkaya çatacaq, yerdə qalan yarısı isə qardaşlar arasında bərabər bölünəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun