Şakira İspaniya maliyyə sisteminin ona qarşı irəli sürdüyü vergidən yayınma ittihamları ilə bağlı razılığa gəlib. Müğənni İspaniyada dövlət idarəsini sərt şəkildə ittiham edərək prosesin təfərrüatlarını açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Şakira ittihamları irəli sürən İspaniya maliyyəsini və hüquqi prosesi həyata keçirən dövlət idarəsini qınayıb.
"İspaniyaya hər gəlişimdə cinsiyyətçilərlə mübarizə aparmaq məcburiyyətində qalıram. Mənim yerimdə amerikalı bir kişi müğənni olsaydı heç də belə qarşılıq görməzdi. Cəmiyyət fərqli düşünsə də, dövlət bürokratiyasının bəzi təbəqələrində bu belə deyil",- deyə müğənni əlavə edib.
Xatırladaq ki, keçmiş futbolçu Xerard Pike ilə bir müddət münasibətdə olan və bu münasibətdən uşaqları olan Şakira 2012-2014-cü illərdə yaşadığı İspaniyada Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunurdu. Dəfələrlə ittihamları təkzib edən açıqlamalar verən Şakiraya 8 il 2 aya qədər həbs cəzası verilməsi nəzərdə tutulub. Şakira isə 2023-cü ildə 7,3 milyon avro cərimə ödəməyə razı olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun