“Günortalar saç ustası işləyirdim gecələr isə gizlin... ”

“Günortalar saç ustası işləyirdim gecələr isə gizlin... ”

"Mən müğənni deyiləm ki, 60 yaşına kimi oxuyum. Və ya gedim səs yazma studiyasında fonoqram yazdırım ifa edim. Məndə fonoqram olmur. Mən canlı rəqs edirəm. Canımdan, qanımdan gedir. Hamı nədənsə fikirləşir ki, rəqqasələr və idmançılar çox sağlam olur. Birdə görürsən ki, ikinci mərtəbəyə qalxıram ayaqlarım ağrıdan "qırılır". Çünki bədənimi bu 10 ilin içində çox israf etmişəm. Dayanmadan işləmişəm".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova "YouTube" da "Baylarsoylar" layihəsinə müsahibəsində deyib.

Rəqqasə 10 il geriyə qayıdaraq həyatında üzləşdiyi çətinliklərdən söz açıb:

"İnsanlar yalnız aysberqin görünən hissəsini görürlər. Amma altını görsəniz dəli olarsınız ki, mən necə bu illər ərzində işləmişəm. Zaman var idi ki, gecə saat 23:00-da restorana girirdim. 02:00-da oradan çıxıb digər restorana gedirdim. 06:00-da isə mən evə gedirdim. 4-5 saat yatıb sonra uşaqlarımla məşğul olurdum. Daha sonra isə saç ustası kimi çalışdığım gözəllik salonuna gedirdim. Mən iki il gizli şəkildə rəqqasəlik etmişəm. Çünki buna ailəm qarşı olub. Günortalar saç ustası işləyirdim gecələr isə gizlin rəqqasəlik edirdim. O zamanlar enerjim çox idi. Dayanmırdım... Amma özümü heçnə etdim.. Bu dəqiqə hər şeyi pul idarə edir".

Renka sevgilisinin kaprizlərindən danışıb:

"Sevgilimlə harasa gedəndə ona deyirəm ki, al telefonu şəklimi çək. Ağzını əyib, şəkil çəkmək istəmir. Amma onu məcbur qalıb öyrətdim. İndi başlayıb şəkillərimi çəkməyə".

Renka bildirib ki, o sevdiyi şəxslə münasibətlərini rəsmləşdirmək istəmir:

"Sevdiyim şəxsin bürcü buğadır. O çox ailəcanlıdır. Demək olar ki, o, çalışır mənimlə yola getməyə. Mən ciddiyəti sevmirəm. Nə mənası var münasibətlərin kağız üstündə yoxsa belə olmasına... Bürcüm "dolça"dır. Məni kimsə nəyəsə bağlayanda özümü artıq pis hiss edirəm. Bu isə özümdən aslı olan məsələ deyil. Mən azadlığı sevən insanam. İnstaqramda özəl səhifəm var. Orada özəl və şəxsi həyatımı paylaşıram".

Ağamuradova məclislərin birində başına gələn xoşagəlməz hadisədən də danışıb:

"Bir dəfə qayınana gəlinin acığına məni məclisə dəvət etmişdi. Bundan isə xəbərim yoxdur. Gəlin məclislə bir sifətdə oturmuşdu ki... Mən o üç mahnını oynayıb qutarana kimi həyatıma nifrət elədim. Heç kim yerindən qalxıb oynamadı. Gəlin isə acıqlı sifətlə oturmuşdu. Sonra da çölə çıxanda qayınana dedi ki, "Nə gəşəng elədim"".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun