"Həyat yoldaşım məni həmişə dəstəkləyir, oğlum isə..."

"Həyat yoldaşım məni həmişə dəstəkləyir, oğlum isə..."

Xalq artisti Brilliant Dadaşovamusiqi ziyafəti üçün o repertuarında yer alan köhnə mahnılarına yeni nəfəs verib.

  • 58 yaşlı Xalq artistini Ajda Pekkana bənzətdilər - FOTO

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri ötən gün məkanların birində konsert proqramı ilə çıxış edən Xamüğənni kulisində jurnalistlərin suallarını cavablandırıb:

"Bu konsert üçün bir sıra mahnılarımı yenidən aranjiman etdim. Bir çoxlarını isə remiks etdik. Mənim 10-15 yeni mahnım var. Dostlarım deyir ki, yeni mahnılar istəyirik. Amma həmkarlarım mənim köhnə mahnılarımı oxuyurlar. "Əzizim yarım gilə", "Züleyxa", "Ötür qatarlar" nəğmələrimi başqa ifaçıların oxuduğunu eşitmişəm. Deyirəm ki, başqaları mənim köhnə mahnılarımı oxuyurlarsa, niyə onları yenidən ifa etməyim ki... Əslində yeni yazılan mahnıların əksəriyyətini bəyənmirəm. Yaxşısı budur ki, köhnə mahnılarımı yenidən aranjiman edim və oxuyum. Çünki o nəğmələri yenidən eşitmək istəyən dinləyicilər var".

Dadaşova konsertdə ailə üzvlərinin iştirak etdiyini vurğulayıb:

"Bəli, bu konsertimdə ailə üzvlərim də iştirak edir. Həyat yoldaşım Ədalət bəy, oğlum Cahad da buradadır. Oğlum insanların çox olduğu yerləri sevmir. Amma söz verdi ki, sənin bugünkü konsertinə mütləq gələcəyəm".

Xalq artisti həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin onun bir sıra mahnılarının çox sevdiyini söyləyib:

"Həyat yoldaşım Ədalət bəy 1990-ci illərdən bəri konsertlərimə gəlir. O,  görünməyi heç sevmir, xoşlamır. Yalnız arxa planda hər zaman dəstəkləyir və hər bir məsələnin estetik tərəflərinə diqqət edir. O, repertuarımda olan bir çox nəğməni sevir. "Sevəcəyəm", "Sevgimizə yağış yağır", "Maç-maç, quç-quç", "Vokaliz", "Toy adamları" mahnıları sevir. Bir sözlə həyat yoldaşı klassik estrada janrında, səs tələb edən, mahnıda bəmi və zili olan nəğmələri sevir".

Brilliant Türkiyənin superstarı Ajda Pekkana bənzəməsi məsələsini belə şərh edib:

"Mən kiçik olanda əmilərim Süleyman Dadaşov və Məlik Dadaşov deyirdilər ki, Brilliant qızımız Türkiyəli müğənni Ajda Pekkana oxşayır. Amma saçlarım qara, onun isə sari idi. Ajda artıq bu səhədə idi. Bəli, mən Ajdanı çox sevirəm. Amma məni ona oxşadanlara... Səsimdəki xırdalıqlar, melizmalar, musiqi barəsində fikirləşirəm ki, öz yolum olub. Azərbaycan melizmalarını vurmaq... Hətta Norveçdə olanda mənə söyləyirdilər ki, bu melizmaları etmək çox çətindir. Ona görə də ondan çox seçilirəm. Ən son isə Ajda Pekkanlar 4 il əvvəl danışmışıq. Çox istərdim ki, Ajda yenidən konsert versin, mən də gedim onu dinləyim".

Xalq artisti konsertindəki yeni imicindən də söhbət açıb:

"Yadınızdadırsa, mənim "Gözəllik dünyanı xilas edəcək" bir verilişim vardı. Orada mən fərqli saç düzümləri ilə efirə çıxırdım. Bir həftə sarı, o biri həftə qara. O zamanlar mənim saçlarım bərbad hala düşüb, korlandı. Bir həftə içində saçlarımın rəngini açırdıq, sonra isə qaraldırdıq. Bunu da dəyişiklik üçün edirdik. Dəyişiklik yaxşıdır... Ümumiyyətlə, saçdan xoşum gəlmir. Başa papaq taxmaq xoşuma gəlir. Əslində saçlarımın rəngi qaradır. Kiçik yaşlarında saçlarımı iki hissəyə bölürdüm. Əvvəlcə bir tərəfini yuyurdum sonra isə digər tərəfi. O zamanlar saçlarım çox gur idi".

15 sentyabr tarixində yeni yaşa qədəm qoyacaq B. Dadaşova doğum gününü təmtəraqlı şəkildə keçirməyəcəyini söyləyib:

"Ad günümü siz bilirsiniz ki, heç zaman təmtəraqlı şəkildə qeyd etməmişəm. Amma sağ olsun dostlarım, siz - media nümayyəndələri hər zaman məni yad edirsiniz. Evimə çox sayda çiçəklər gəlir. Bu il bilmirəm necə doğum günümü keçirəcəyəm. Bəlkə yenə də ailə üzvlərimlə haradasa oturub qeyd edəcəyəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun