Onların valideynlik hüququndan məhrum edilməsi istənilir

Onların valideynlik hüququndan məhrum edilməsi istənilir

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumorist Maksim Qalkinin valideynlik hüququndan məhrum edilməsi tələb olunur. 

Milli.Az olay-a istinadən bildirir ki, fəallar bu tələblə Uşaq Hüquqları Ombudsmanına müraciət ediblər. 

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

"Rusiya veteranları" 75 yaşlı Alla Puqaçova və 48 yaşlı Maksim Qalkinin tez-tez yaşayış yerlərinin dəyişməsi ilə əlaqədar uşaqlarını "normal həyatdan" məhrum etməsindən narahatdırlar. 

Fəalların qeyd etdiyi kimi, 10 yaşlı əkizlər Liza və Harri bu il İsrail məktəbinə qayıtmayıblar: əvvəlcə valideynləri onları Kiprə aparıblar, sonra isə anaları ilə birlikdə Latviyaya köçüblər. 

Psixoloqların fikrincə, uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. İctimai fəallar uşaq ombudsmanından xahiş ediblər ki, ailə Rusiyaya gələrsə, uşaqları valideynlərindən ayırıb rus məktəbinə köçürsün.

Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin uşaqları ilə birlikdə xüsusi hərbi əməliyyat başlayandan dərhal sonra Rusiyanı tərk ediblər. Yumorist birbaşa Rusiya hakimiyyətinin hərəkətlərini pisləyib, Alla Puqaçova isə ərini dəstəkləyib. Əvvəlcə İsraildə, sonra Kiprdə yaşamağa başlayan cütlük indi də tez-tez başqa ölkələrə səyahət edirlər. Məsələn, ailə yayı Latviyada keçirir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun