Amerikalı müğənni Teylor Svift xarici məşhurlar arasında ən zəngin qadınların ilk beşliyinə daxil olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.
Sənətçi varlı qadınlar siyahısında 4-cü yerdə qərarlaşıb. Müğənninin sərvəti 1,3 milyard dollar qiymətləndirilir. Aparıcı Opra Uinfri 3 milyard dollarla reytinqdə birinci yeri tutub.
İkinci yerdə 1,7 milyard dollarla Kim Kardaşyan, üçüncü yerdə isə 1,4 milyard dollarla Rihanna qərarlaşıb. Madonna isə beşinci yeri tutub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun