Bülənt Ərsoyun açıqlaması gündəm oldu

Bülənt Ərsoyun açıqlaması gündəm oldu

İllər sonra Safiye Soyman və Banu Alkanla yenidən bir araya gələn Bülənt Ərsoy verilişdə münasibətlərdən şikayətlənib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Ərsoy cinsi münasibətdən danışarkən açıqlaması ilə hamını təəccübləndirib.

Safiye Soyman və Banu Alkan ilə rəqəmsal platformada proqram edən Bülent Ersoy cinsi əlaqənin müddəti ilə bağlı "Heç öhdəsindən gələ bilmirəm. 15 dəqiqə, bilmirəm. Ondan sonra üç saat yarım yuyub dəstəmaz alacam. Dəyərmi, xanım? Dəlisən. Mən belə uzun müddət xoşuma gəlmir. 10 dəqiqə sonra şilləni vuracağam" deyə, bldirib.

Verilişin aparıcısının "15 dəqiqə çoxdur. Türkiyədə orta hesabla 3 dəqiqədir" cavabından sonra Ərsoy "Nə deyim, ana? Çox uzun olan şeyləri sevmirəm" deyib.

Milli.Az