Hadisə jurnalistə əsəbiləşdi

Hadisə jurnalistə əsəbiləşdi

Türkiyəli müğənni Hadisə aktyor dostu Kerem Bürsinlə qatıldığı Venesiya Film Festivalından bu gün İstanbula geri dönüb. 

OLAY yazır ki, "Gazete magazin"in kamerasına tuş gələn sənətçi əsəbiləşib. 

Hadisə tələsik halda liftə doğru addımlayıb. Bu anda jurnalist ona suallar ünvanlayıb. 

Bunu görən ifaçı "Mən hava limanında danışmıram və müsahibə vermirəm. Gedin hava limanında danışan müğənnilərdən müsahibə alın. Təşəkkür edirəm" deyərək liftlə yuxarı mərtəbəyə qalxıb.