Hansı məşhurun başında bit var? - “Həmin verilişlər..”

Hansı məşhurun başında bit var? - “Həmin verilişlər..”

Bəzən efirlərə dəvət edilən müğənnilər teleaparıcılar tərəfindən ələ salınır və ya sətiraltı təhqir edilir. Bu məsələ son illər tez-tez müzakirə mövzusuna çevrilir. Bir neçə gün öncə mətbuatda yayılan hadisə bu müzakirələri daha da qızışdırdı.

Belə ki, tanınmış teleaparıcı Zaur Kamal efirində qonaq olan müğənni Mənzurə Musayevanı "Başın bitli olub" deyə ələ salıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, bu məsələdə teleaparıcıları qınamaq olmaz. Onun sözlərinə görə, bu hal şou verilişləri üçün xarakterikdir:

"Bu verişilər şou xarakterli verilişlərdir. Onlar ciddi veriliş deyil. Əslində, hər aparıcının özünün taktikası var. Zaur o sözü deməsəydi, biz bu gün bu məsələni müzakirə etməzdik. Bu gün sosial şəbəkələrdə, mətbuatda bu sözlərin müzakirəsi gedirsə, deməli, Zaur Kamal işini bacarıb. Zaur adından söz etdirə bilib.

O ki qaldı, mənim seçib getdiyim verilişlərə, mən şəxsən reytinq verməyən verilişlərə dəvət alsam da, getmirəm. Çünki bu verilişlər vaxt itkisidir, mənim boş vaxtım yoxdur ki, gedib belə yerlərdə günümü keçirim.

Zaur Kamalın verilişinə isə gedirəm, onun verilişi ən reytinqli verilişdir. Çünki Zaur illərdir ki, gündəmdədir və reytinqini qoruyub saxlayır. Hər bir müğənni istəyir ki, həmin verilişə çıxsın. Elə bilirsiniz, hər müğənnini ora dəvət edirlər? Xeyr. Ora hər müğənni çağırılmır".

Sənətçi Zaur Kamalın sözügedən ifadələri zarafatyana işlətdiyini, bunun ciddi problem olmadığını qeyd edib:

"Zaurun dediyi "bit məsələsi" isə normaldır. O, bizimlə həmyaşıddır, biz uşaq olanda məktəblərə bitlə bağlı yoxlamalar gəlirdi, kimin başında bit olurdusa, onunla bağlı tədbir görülürdü. Bizim yaşıdlarımız bundan yaxşı xəbərdardır. Zaur da yarızarafat bu məsələyə toxunub. O vaxt kiminsə başına bit düşübsə, bu onun şəxsiyyəti ilə bağlı problem və ya təhqir deyil, sadəcə bit dövrün problemi idi. Bu, 30-40 ilin söhbətidir. Zaur həmin dövrü gördüyü üçün bu zarafatı edib. Mən burada böyüdüləsi, qlobal problem görmürəm. Burada nə var ki?!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun