“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

“Anam üçüncü dəfə övlad itkisi yaşadı”

"Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır... Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini yaşadı".

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehruban Xanlarova instaqram səhifəsində yazıb. 

Aktrisa bir müddət əvvəl dünyasını dəyişən qardaşı ilə bağlı bu fikirləri yazıb:

"Sənin üçün dilsiz axıtdığı göz yaşlarına ürəyim parçalanır... Məni tanıyan hər kəs bilir ki, bütün xoşbəxtliyimi ailəmin yolunda qurban vermişəm. Sənətdə xoşbəxt olsam da şəxsi həyatımda acıların qadınıyam. Allah bütün dünyadan köçənlərə, qəni-qəni rəhmət eləsin". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun