Kim Kardaşyan və İvanka Tramp yeni dəbdəbəli Fontainebleau Las Veqas kurortunda "Groot Hospitality"nin "Komodo", "Papi Steak" və "Liv Las Vegas"ın təntənəli açılışında iştirak ediblər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlar "Sin Siti"də gecə yarısına kimi əyləniblər.
İvanka Tramp "Monique Lhuillier"dən dekolte topik və gümüş vurğulu yubka geyinib. 43 yaşlı Kardaşyan qara trikotaj paltarı və brilyant boyunbağısı ilə bu dəfə də diqqətləri üzərinə çəkməyi bacarıb.
İvanka Tramp İnstaqram səhifəsində gecədə çəkilən fotolardan paylaşıb.
"LV-də xanımlar axşamı!
Kim və İvanka son vaxtlar yaxın dost olublar, eks prezidentin qızı sentyabrda Kardaşyanın ad günü şənliyində də iştirak edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun