Aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından ayrılma səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. O bildirib ki, teatrdan çıxarılmayıb, özü ərizə yazaraq ayrılıb:
“Yazıblar ki, guya, mən roldan imtina etmişəm, Mehriban Ələkbərzadə də məni çıxarıb. Məsələ belə olmayıb. Mehriban xanım yeni gələndə mən Rusiyada seriala çəkilirdim. Oradan qayıdandan sonra yeni mövsümdə tamaşa qurulurdu: “Əsrə bərabər gün”. Orada üç manqurtdan birini mən oynayacaqdım. Rolun kiçikliyindən, böyüklüyündən asılı olmayaraq AzDrama-da bütün rolları oynamışam. Sadəcə Mehriban xanımın gənc-yaşlı fərqi yoxdur. Bütün teatr aktyorları ilə necə kobud rəftar etdiyini görmüşəm. Bunu hamı görüb, sadəcə digər aktyorlar qorxurlar. İşlərini itirməkdən qorxurlar, ona görə həmişə o insanın qarşısında susublar. Bir sözlə, teatrdakı vəzifələrini itirməkdən qorxurlar, heç kim dillənmir.
Məşq sırasında bir dəfə dedi ki, sıfırsan, kobudsan, kötüksən. Səsimi çıxarmadım. Məşqlərin birində dedim ki, əziz hörmətli, böyüklər. Orada hamıdan üzr istədim, dedim ki, Mehriban xanım, mən bu rolu istəyərək oynamıram, özümü narahat hiss edirəm. Nəsə rol mənə yapışmır, özümü orada görmürəm, məcbur oynayıram. Mehriban xanım qayıdıb dedi ki, cəhənnəmə oyna, qara-gora oyna, istəmirsən ərizəni yaz, teatrdan çıx, mən də səni istəmirəm. Orada nə mən səsimi çıxardım, nə də digər aktyorlar. Kiçiyindən tutmuş böyüyünə kimi... Teatr olmasa, həyat davam etmir? Yer kürəsi AzDrama-dan ibarətdir? Orada olmaya-olmaya min dənə iş görmüşəm. Biz AzDrama-ya lazımıq. Oradan yapışıb buraxmayacam? Mehriban xanım özünü mənə qəribə hiss etdirdi. Onun kobud sözlərinə dözə bilməzdim. Ona görə işdən çıxdım. Mehriban xanım mənə qarşı artıq-əskik ifadələr işlədib. Sizcə, bu mədəniyyət ocağında bu rejissorla necə yola çıxa bilərəm? Aktyorlar sizin malınız deyil. Bu mövzu haqqında çox danışmayacam. Onlara uğur arzulayıram, xoşbəxt olsunlar. Mən həyatıma baxacağam”.