Dünyaca məşhur müğənni Selena Qomez ana ola bilməyəcəyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, xarici mediaya müsahibəsi zamanı danışıb. Selena deyib ki, səhhətindəki problemlərə görə, bu, mümkün deyil:
“Buna mane olan bir çox sağlamlıq problemim var. Özümün və uşağın həyatını riskə ata bilmərəm. Əvvəl bu, uzun müddət kədərlənəcəyim bir hadisə idi. Lakin sonradan övladlığa götürmə, suraqat ana kimi yolların olduğunu gördüm. Bu, məni sevindirir. Həyəcanlı bir proses olacaq. Əsas odur mənim uşağım olacaq”.