Niyə bu maşınlara buraxırlar, amma bizimkiləri yox?

Niyə bu maşınlara buraxırlar, amma bizimkiləri yox?

Əməkdar artist və iş xanımı Vəfa Zeynalova Nizami Kino Mərkəzinin yanında yerləşən kafesi ətrafında "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisinə görə girişi məhdudlaşdırılan Bülbül prospektindəki yolun bağlı olmasından şikayətlənib. 

OLAY yazır ki, sənətçi bununla bağlı instaqram səhifəsində video paylaşıb. 

V. Zeynalova bildirib ki, müəyyən şəxslər kafesinin yanında avtomobilini saxlamağa icazə verməsələrdə, lakin digər sürücülərin həmin yola daxil olması və nəqliyyat vasitələrinin orada saxlamalarına şərait yaradıblar:

"Mən bu cavan uşaqlara xəbərdarlıq etmişdim. Demişdim ki, çəkib paylaşacağam. Maşın bilmirəm kimidir. Bu yoldaşlar deyir ki, maşın buraxılmır. Mən isə dedim ki, əşyaları düşürüb gedirəm. Qəti qadağandır cavabını verdilər. Niyə görə bu maşınlar saatlarla dayana bilər, amma bizə olmaz. Mənə dedilər ki, buraya heç bir avtomobil buraxılmayacaq. Qanundursa, niyə onu pozurlar? Sözüm "Formula 1"in işçilərinədir. Niyə görə bu maşınları buraxırlar, amma bizimkiləri buraxmırlar".