“O mənim “kuklamdır”” - Maluma

“O mənim “kuklamdır”” - Maluma

“Bu gün qızım Peris Londonyo Homesin 6 ayı tamam olur və dəyişikliklər təkcə ona təsir etmir... Mən də daxil olmaqla hər kəsə təsir edir, indi bir az gözləmək və hər şeyi mümkün qədər yaxşı etmək istəyirəm, artıq tələsmirəm çünki artıq ən vacib şeylərə sahibdirlər. Peris, ailəmin sevgisi və mənim hər şeyimə çevrilən “kuklamdır” (əzizləmək mənasında – red.)”.

OLAY yazır ki, bu sözləri Kolumbiyalı dünyaca məşhur pop ulduz Maluma sosial şəbəkə hesabında qızı Parislə bağlı paylaşımında yazıb 

Karyerasından söz açan 30 yaşlı xarizmatik sənətçi onu zirvəyə ucaldan pərəstişkarlarına təşəkkürünü ünvanlayıb:

“Bu günlər içində özümdə analizlər etdim və ailəlikcə əyləncələrimiz oldu. Sizin sayənizdə (pərəstişkarlarını nəzərdə tutur – red.) yerdəyəm və karyeramda inanılmaz işlər görmüşəm. Buna görə ayrıca sizə təşəkkür edirəm. Bilirəm ki, siz ən yaxşına layiqsiniz və ən yaxşısı sakitlik, səbir, strategiya, əlaqə və çoxlu iş ilə gəlir. Tezliklə nə yaşayacağınızı səbirsizliklə gözləyirəm, onu olduğu üçün sevəcəksiniz. Gəlir... Sizə hər şeyi demək istəyirəm amma özünü təəccüblənməyə köklə... Bu qədər zaman Huan Luis üçün lazım idi, indi isə  “Maluma baby”ni görmək vaxtıdır”. 

Qeyd edək ki, Maluma və Susana bu ilin martın 9-da ilk dəfə valideyn olublar.