Aytən Səfərova efirə qayıdacaq? - Açıqlama

Aytən Səfərova efirə qayıdacaq? - Açıqlama

Aprel ayında avtomobil qəzası keçirdiyi üçün “Xəzər” televiziyasında aparıcısı olduğu “Xəbər ertəsi” verilişindən ayrılan Aytən Səfərova yenidən efirə qayıdır.

Televiziya ulduzu bununla bağlı OLAY-a açıqlama verib.

A.Səfərova bildirib ki, yeni mövsümdən etibarən “Xəbər ertəsi” proqramına qayıdır:

“Bəlli məsələlərə görə bir müddətlik aparıcısı olduğum verilişdən ayrılmaq məcburiyyətində qaldım. Heç kim məni işdən çıxartmayıb. Mən fəaliyyətimi “Xəzər” televiziyasında davam edirəm. Yeni mövsümdən də etibarən “Xəbər ertəsi” verilişində aparıcılığımı davam edəcəyəm”