Nazpəri nəvəsi üçün göz yaşı tökdü - Video

Nazpəri nəvəsi üçün göz yaşı tökdü - Video

Xalq artisti Nazpəri Dostəliyevanın vəfat edən oğlu Əlinin övladı Tamerlan ilk dəfə efirə çıxıb.

OLAY yazır ki, müğənninin nəvəsi bu gün “Rəngarəng” verilişində yer alıb. Xalq artisti fiziki qüsurlu Tamerlanın proqramda qonaq olması haqda bunları söyləyib:

“Bu, mənim sirrimdir. Ürəyimin ən zəif nöqtəsidir, həmişə məni narahat edən məqamdır. Dünyadan köçsəm, Tamerlanım üçün gözüm arxada qalar. Mən övladımdan heç vaxt utanmamışam. Hara bacarmışam, bütün həkimlərə müraciət etmişəm. Tamerlan anadan gəlmə qüsurludur. Bu gün də fəxr edirəm ki, Əli balamın Tamerlanı var. Bilirəm ki, övladım nə vaxtsa gəzəcək, ayaqda olacaq, onun üçün yaşayıram. Bəzən əli qələm tutmayanlar mənim üçün nəsə yaza bilərlər. Elə insanlar var ki, mən toylara, mərasimlərə gedəndə qınayıblar. Məni qınamayın. Məni Allah sevib, övladım, Xalqım sevib. Bu həyatı yaşayıramsa, məni Allah sevib. Mən Əli balamın övladını yaşadıram. Səhv başa düşməyin. Tamerlanımı hər kəsə göstərirəm, heç də utanmıram. O, mənim balamın balasıdır, övladımdır. Nə qədər ömrüm var, o, yaşayacq. On altı ildir onu müalicə etdirirəm. Heç kimə ehtiyac mənası ilə efirə çıxarmamışam. Bu gün sadəcə bir şey deyəcəm ki, o, qüsurlu da olsa, mənim fəxrimdir”.