Dünya rekordçusu, əslən estoniyalı atlet Yaan Ruz paxtaxtımızın simvollarından biri olan Alov qüllələrini fəth edib.
OLAY yazır ki, Yaan arasında ən möhtəşəm və çətin sleklayn (bir nöqtədən digəri arasında uzanan, neylon və polyesterdən hazırlanmış bir ip üstündə tarazılıqda hərəkət etmək məqsədi daşıyan tarazlıq fəaliyyəti – red.) performanslarından birini gerçəkləşdirib.
Bu ağlasığmaz və olduqca mürəkkəb addımı Ruz yerdən 183 metr hündürlükdə atıb. Sleklayn uzunluqları - 200 metr, 135 metr, 135 metr təşkil edib.