Günayın bu hədiyyəsi anasını təəccübləndirdi

Günayın bu hədiyyəsi anasını təəccübləndirdi

Müğənni Günay İbrahimli, bacısı İlahə və qardaşı Nicat anaları İlhamə Hüseynovaya sürpriz ediblər. 

OLAY yazır ki, sənətçi bacısı və qardaşı ilə bərabər valideyninin doğum gününü təbrik etmək üçün onun yaşadığı mənzilə gediblər.

55 yaşa qədəm qoyan anasını öpüb, qucaqlayıb gül və şamlarla bəzədilmiş gül dəstəsi verən Günay qapı önündə qırmızı bantla bağlanmış ağ pianonu ona hədiyyə etdiyini bildirib. 

Hədiyyədən təəccüblənən İbrahimlinin anası "Bu nədir? Bunu almısınız?" sözlərini dilə gətirib. 

Günay isə "Bu anamın ən sevdiyi hədiyyədir. Ona görə də ona piano aldım" deyib. 

Piano arxasına əyləşən İlhamə xanım "Biz mehriban ailəyik" mahnısını çalıb. Günay bacısı İlhamə ilə birgə həmin mahnını ifa edib. 

Həmin anları Günay İbrahimli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.