Aparıcı Vüsalə Kərimova oğlu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Vüsalə övladı Ayxanla fotosunu paylaşaraq bunları yazıb:
“Sən mənim ən gözəl yanımsan, oğlum. Heç vaxt peşman olmadığım, daim üzümü güldürən, başımı ucaldan, qürurlu yanımsan. Nə yaxşı ki varımsan, nə yaxşı mənə ana çağıranımsan, oğlum. Həmişə yanımda ol, sən var olduqca mən də varam. Hər zaman ağlında olsun, nə qədər həyatdayam arxanda, yanında dayağınam, hər saniyə dualarımdasan. Nə vaxt ki, həyatda olmaram o zaman da səni qanadlarımla fəzadan qoruyacağam. Yeni yaşın mübarək, göz bəbəyim”.