“Onun qarşısında məni həyacan, soyuq tər basır”

“Onun qarşısında məni həyacan, soyuq tər basır”

“Oktyabrın 5-də Gəncə şəhərinin Filarmoniyasında bacım Şahnaz Haşımovanın yubiley solo konserti olacaq. Allah izn versə məndə orada olacağam. Vaxta az qalıb əziz gəncəbasarlılar”.

OLAY yazır ki, bu sözləri 56 yaşlı Əməkdar artist Aybəniz Haşımova instaqram səhifəsində paylaşdığı postda yazıb.

67 yaşlı bacısı Xalq artist Şahnaz Haşımova ilə birgə uşaqlıqda və bir neçə il əvvəl lentə alınan fotoları yayımlayan sənətçi onunla birgə duet hazırladığını bildirib.

Bacısının konsertində onunla bir səhnəni bölüşəcəyini söyləyən Aybəniz onun qarşısında ifa etməkdən həyacan keçirtdiyini dilə gətirib:

“Ötən gün Şahnaz xanımla onlayn məşq edirdik. Şahnaz xanım söyləyir ki, gəl birgə duet hazırlayaraq. Mahnının adını deməyəcəyəm, qoy sürpriz olsun. İndi Şahnaz xanım oxuyur məni dərd alıb ki, görəsən necə ifa edim ki, o mənim ifamı bəyənsin? Elə bilirdim ki, mən böyümüşəm… Hələdə məni həyacan basır, ürəyim titrəyir, soyuq tər basır… Az qalıram deyim ki, qadanı alım icazə ver elə zalda əyləşim səni dinləyim. Bu nədir belə ay sizə qurban olum? Bu həyacan niyə məndən getmir? Elə yeni sənətə başlayan dövrdə necə idim, indidə gördüm ki, belədir. Deməli yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Mərhum Şövkət Ələkbərovanın və bacım Şahzan xanımın qarşısında illər keçsə də bu vəziyyət dəyişməz olaraq qalıbmış… Amma çarə yoxdur, oxumalıyam! Allah Şahnaz xanıma can sağlığı versin. O billur, dağ şəlaləsi tək qəlblərə sərinlik verən bulaq səsi dünyamızdan əskik olmasın”.