“Manhettandan qaçıb Mayamiyə gəlmiş adamam”

“Manhettandan qaçıb Mayamiyə gəlmiş adamam”

“Mayamini yalnız Şeyma Subaşının instaqramdaki “story”lərindən tanıyanlar elə bilir bura yalnız “party”, vur çatlasın şəhəridir. Əslində isə bura həm də çox dinc şəhərdir”.

OLAY yazır ki, bu sözləri illər əvvəl Amerika Birləşmiş Ştatlarına köçən keçmiş teleradioaparıcısı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Bir müddət Nyu-York şəhərində qızı Jozefina ilə birgə yaşayıb daha sonra isə Mayamiyə köçən Günel buranın müsbət tərəflərindən söz açıb:

“Burada bəzi məhəllələr var hansılardan ki, birində biz yaşayırıq. Əsl cənnətdir… Sakit, səliqəli, təmiz… Əsl komfortlu yaşamaq və uşaqları böyütmək üçün. “Party”lər isə şəhərin mərkəzində və turistik cənub çimərliklərdədir - hansını ki, mən heç sevmirəm. “Downtown” (Şəhərin mərkəzi – red.) və “Brickell”də mənlik deyil. Mən Manhettandan qaçıb Mayamiyə gəlmiş adamam. Hərdən “party”də yaxşıdır amma buraya bu hüzurlu və komfortlu və daha yaxşı həyat keyfiyyəti üçün köçmüşəm. “Party”də öz yerində… Yaşadığım rayonunun ən sevdiyi tərəfi yaşıllığın olmasıdır”.

Qeyd edək ki, Günel Hümbətova əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə ailə qurub. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var.