Daha bir müğənni Puff Daddini cinsi təcavüzdə ittiham edir

Daha bir müğənni Puff Daddini cinsi təcavüzdə ittiham edir

Müğənni Daun Riçard repçi Puff Daddini (əsl adı Şon Kombs) cinsi təcavüzdə ittiham edib. 

OLAY “TMZ” nəşrinə istinadən yazır ki, sənətçi repçi ilə arasında baş verənləri üzə çıxarıb. 

Riçard bildirib ki, 2004-cü ildə repçinin əhatəsinə düşüb və Daddi bir sıra tələblərini yerinə yetirdiyi təqdirdə ona karyerasında kömək edəcəyinin təklifini edib.

Daun dinləmə zamanı Puffun müsabiqə iştirakçı qızları necə “gömbul”, “çirkin”, “it qızı” və s. adlandırdığını xatırlayıb. Bundan əlavə, Riçard repçinin onun rəfiqəsi Kessini təhqir etdiyinin şahidi olub. 

Zərərçəkənin sözlərinə görə, o, rəfiqəsi ilə müğənniyə Kombsdan getməyi məsləhət görüb. O, bundan xəbər tutub və qızları hədələyib: “Mənim münasibətimə qarışmayın. O qancığa nə edəcəyini söyləmə. Bu gün ölmək istəyirsən?”

Riçardın özünə gəlincə, repçi onu 48 saat yatmadan məşq etməyə məcbur edib, onun qarşısında çılpaq gəzib, həmçinin icazəsiz onun intim yerlərinə toxunub. 

Xatırladaq ki, Puff Daddinin 10-a yaxın iddiası var və onun Mayami və Los Ancelesdəki evlərində axtarışlar aparılıb.