Putin İradə Zeynalovanı səfir təyin etdi

Putin İradə Zeynalovanı səfir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli jurnalist İradə Zeynalovanı səfir təyin edib.

OLAY “Qafqazinfo”ya a istinadən yazır ki, Putin bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən, İ.Zeynalova Rusiyanın Mavrikidə səfiri təyin edilib.

O bu vəzifədə Konstantin Klimovskiyi əvəz edəcək.

Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. O, cari ilin may ayında akademiyadan məzun olub.