Naomi Kempbellidən Bakı səfəri ilə bağlı paylaşım

Naomi Kempbellidən Bakı səfəri ilə bağlı paylaşım

Prezident İlham Əliyev sentyabrın 15-də ölkəmizdə keçirilən “Formula 1” ilə əlaqədar Bakıya gələn bir sıra rəsmi qonaqlarla yanaşı britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

OLAY yazır ki, bununla bağlı podium ulduzu instaqram səhifəsində diqqət çəkən paylaşım edib.

Beləki Kempbell mötəbər görüşlər və yarış zamanı lentə alınan xatirə fotolarını izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Təşəkkürlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, İdman Naziri Fərid Qayıbov, Formula 1 prezidenti və baş icraçı direktoru Stefano Domenikali və Formula 1 müşaviri Flavio Briatoreyə. Formula 1 üçün Azərbaycanın paytaxtı Bakı şəhərinə möhtəşəm səfərə gəldim. Damalı bayrağı dalğalandırmaq böyük şərəfdir. Və Heydər Əliyev Mərkəzinə ruhlandırıcı səfər. Mərkəz tanınmış memar və böyük dost Zaha Hadid tərəfindən dizayn edilmişdi”.