Günay və Vəfa eyni geyimdə!

Günay və Vəfa eyni geyimdə!

Müğənnilər Günay İbrahimli ilə Vəfa Şərifovanın geyimi müzakirə yaradıb.

OLAY yazır ki, buna səbəb hər iki sənətçinin eyni libası geyinməsi olub.

Söhbət üzəri kiçik, parlaq daşlarla bəzədilən qara rəngli “korset”dən gedir. Hər iki müğənni eyni geyimi toy məclislərinə geyinib.

Diqqət çəkən məqam isə bu “korset”i İbrahimli özünə aid butik – atelyesində, Şərifovanın isə şəhərimizdə fəaliyyət göstərən atelyelərin birində tikdirməsidir.

Hər iki ifaçı sözügedən “korset”i eyni rəngdə uzun ətəklə kombin edib.