Xəbər verdiyimiz kimi, ötən həftə "Yalı çapkını" serialının yeni bölümü yayımlanıb.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, ekran işində Çetin Tekindor (Halis ağa) və Öznur Serçelerin (Asuman) yer almaması müzakirələrə səbəb olub. İzləyicilər onların layihədən ayrılıb-ayrılmadığını sual ediblər. Bildirilib ki, sözügedən aktyorlar serialdan ayrılmayıb və növbəti bölümlərdə yer alacaqlar.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun