Türkiyəli müğənni Gülşən 8 yaşlı Narinin qətli fonunda təsirli paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı cəmiyyətin əksər hallarda qadını günahlandırdığı cəmiyyətə səslənərək bu ifadələri yazıb:
"Qızlarınıza sahib çıxın" deyən bir qrup var ölkədə. Oğlunuza sahib çıxın! Siz heç 4 yaşında bir oğlan uşağına təcavüz edən qadın görmüsünüz? Ya da boşanmaq istəyir deyə boğazı kəsilən kişi görmüsünüz? Nişan atıb deyə üzünə nitrat turşusu fırladılan kişi görmüsünüz? Duyğularına qarşılıq vermir deyə, dəfələrlə bıçaqlanan bir kişi görmüsünüz? Əvvəlcə təcavüzə uğrayıb, sonra da dağda yandırılan kişi görmüsünüz? Sevgilisini tərk etdi deyə tüfənglə vurulan kişi var? Qızlar tərəfindən təcavüzə uğrayıb, binanın 25-ci mərtəbəsindən atılan kişi görmüsünüz? Hər gecə içib ərini döyən qadın görmüsünüz? Pula görə ərini bazara çıxarıb satan qadın görmüsünüz? Görə bilməzsiniz!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun