“Ən yaxşı komediya aktyoru” mükafatını aldı

“Ən yaxşı komediya aktyoru” mükafatını aldı

Ceremi Allen Uayt "Ayı" serialındakı roluna görə "ən yaxşı komediya aktyoru" kateqoriyasında "Emmy" mükafatını qazanıb.

Milli.Az "report"a istinadən bildirir ki, mərasim bazar günü ABC telekanalı tərəfindən yayımlanıb.

Bu kateqoriya üzrə Martin Şort və Stiv Martin ("Eyni binada cinayətlər"), Larri Devid ("Həvəsinizi azaldın") və digərləri mükafat uğrunda mübarizə aparıblar.

"İkinci planda ən yaxşı aktyor" kateqoriyasında Ebon Moss-Bakrak, "Ayı" serialındakı roluna görə mükafata layiq görülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun