Tanınmış aktrisa Özgü Namal haqqında yayılan şayiələr barədə açıqlama verib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktrisa "Çəkiliş meydanında stulunu ayağına gətirdir, saç ustasını evinə çağırır" sözlərinin əsassız olduğunu qeyd edib:
"Bunların heç biri doğru deyil. Mən təvazökar adamam, kiminsə mənə xidmət etməsindən, çəkiliş meydanında stulu ayağıma gətirtmirəm. Hər yerdə, hər zaman öz işimi özüm görürəm. Xüsusilə də yaşca böyük insanların mənə xidmət etməsini xoşlamıram. Mən elə bir ailədə böyümüşəm. Ədəb deyilən bir şey var".
Qeyd edək ki, Özgü Namal hazırda "Kızıl goncalar" serialında Meryem obrazını canlandırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun