Əməkdar artist Nigar Şabanova açıqlaması ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçiyə qonaq olduğu "Rəngarəng" verilişində Xalq artistləri Mələkxanım Eyubova və Səkinə İsmayılova ilə bağlı sual ünvanlanıb.
Proqramın aparıcısının "Hansı sənətkarın ifasını daha çox sevirsiniz?" sualına Şabanovanın cavabı belə olub:
"Hər ikisi böyük və dəyərli sənətkarlardır. Yaşım qədər onların sənət yaşı var. Həddimə deyil ki, o xanımlar və onların sənəti haqqında fikir söyləyim. Nə qədər ucalıramsa ucalım, nə qədər "ad-san" sahibi oluramsa olum, nə qədər statusum olursa olsun, bu gün mən bu xanım sənətkarlardan kiçiyəm və mənim həddimə deyil ki, onlar haqqında söz deyim".
Qeyd edək ki, 2018-ci ilin sentyabrında efirlərin birində qonaq olan Nigar Şabanova bildirib ki, fəxri ad alandan sonra çoxları onu təbrik etsə də, keçmiş müəllimi Mələkxanım Eyubova onu təbrik etməyib. Daha sonra bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyubova "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi" sözləri ilə yanan ocağın üzərinə benzin səpmişdi. Beləcə tərəflər arasında qalmaqal yaşanmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun