Əməkdar artist Nigar Şabanova küsülü olduğu həmkarı Türkan Vəlizadə barədə sualı cavablandırıb.
- "Zaurun verilişinə bir daha getməyəcəyəm"
Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.
Aparıcı Zaur Nəbioğlunun "Türkan Vəlizadənin adını dedim mövzudan yayındınız. Ümumiyyətlə, bilirsiniz kimdən gedir söhbət?" sözlərinə Nigarın cavabı belə olub:
"Mənə sənətkarlar haqqında suallar verin, çünki qarşınızda adi bir oxuyan dayanmayıb. Artıq suallara cavab vermək istəmirəm. Sənətçilərlə sənətkarı qarışdırmayaq. Sual verəndə bilək kimə kimdən sual veririk. Özümdən cılızlar haqda danışmaram. Özümdən böyük sənətkarlara fikir bildirmək həddimə olmaz. Adi toyda oxuduğu "ladı" və hansı muğam üstündə olduğunu bilmədən qışqıra-qışqıra toyda qalanlar var".
T.Vəlizadə isə iştirak etdiyi "Günə bax" proqramında N.Şabanovanın ittihamlarına belə reaksiya bildirib:
"Heç kimin ixtiyarı yoxdur ki, kiminsə sənəti haqqında fikir bildirsin. 16 ildir ifa edirəm, təkəbbürlü olmamışam, böyük - kiçik yeri bilmişəm və bu sənətə kiməsə söz atıb gəlməmişəm və gələndən sonra da reklamı kimlərləsə qazanmamışam. Aparıcılardan xahiş edirəm ki, müəyyən müğənnilərdən mənim haqda onlara sual verməsinlər. Çörək qazanmaq və sənət üçün hansı mahnını oxumaq lazım olduğunu çox gözəl bilirəm. Xahiş edirəm ki, hərə öz işi ilə məşğul olsun. Bu gün efirə çıxıb o böyük-böyük danışan... Çıxırlar meyxanaçılara və onlarla duet oxuyan müğənnilərə söz atırlar. Onlar özləri meyxanaçılarla mahnılar da ifa ediblər, onların sözlərinə bəstələnmiş nəğmələri də oxuyublar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun