İlkinin qızı da məktəbə getdi

İlkinin qızı da məktəbə getdi

Aparıcı-aktyor İlkin Həsəninin qızı məktəbə başlayıb.

OLAY yazır ki, bu barədə İlkin özü məlumat yayıb. O bildirib ki, Alisanın ilk dərs günüdür:

“Bu gün mənim üçün yeni bir səhifə açılır . Həyəcan, sevinc və qürur qarışıq duyğular içindəyəm. Alisa xanım öyrənməyə, kəşf etməyə və böyüməyə doğru ilk addımını atır. Əminəm ki, bu yolda çox şey öyrənəcəksən və hər gün bir az da böyüyəcəksən. İlk məktəb günün mübarək, qızım”, - deyə, İlkin bildirib.

 Qeyd edək ki, influenser Aysel Həsəni (İcelinee) ilə evli olan İlkinin bir oğlu da var.