Şəbnəm qızının nişanını qaytardığını açıqladı

Şəbnəm qızının nişanını qaytardığını açıqladı

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel nişanını qaytarıb.

OLAY yazır ki, bununla bağlı sənətçi qonaq olduğu “Rəngarəng” verilişində məlumat verib.

Şəbnəm bildirib ki, qızı ilə nişanlısının xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılıblar:

“Toy olmayacaq çünki Günel istəmədi. O, nişanını qaytardı. Nişan tanışlıq ərəfəsidir. Bunu etmək isə bəri başdan daha yaxşıdır. Qızım oğlanla uşaqlıqdan bir-birini istəyirdi. Onlar bir sinifdə oxuyublar. Oğlan tərəfi bu nişanın olmasını daha çox istəyirdi. Xasiyyətləri uyğun gəlmədi. Bir insan əgər digər insana əsəb verirsə, stress yaşadırsa, göz yaşı tökürsə demək bəri barışdan ayrılmaq lazımdır. Qarşı tərəf əl çəkmədi. “Bir üzük taxaq” dedi… Bizdə “tamam” söyləyib, razılaşdıq. Bu “Hə” üzüyü idi. 

Qızım çox ağıllı və savadlıdır. Bunu ətrafımdakı insanlar çox yaxşı bilir. O, müasir düşüncəlidir. Bəlkə də onun yerinə mən olsaydım deyərdim ki, nişanı qaytarsam insanlar mənə deyər. Söylədi ki, bizim xasiyyətlərimiz düz gəlmir. Günelin 20 yaşı var. O böyük şirkətdə çalışacaq. Memarlıq və İnşaat Universitetini bitirib. Onun gözəl əl qabiliyyəti var, bir neçə dil bilir. İnşallah gələcəkdə Allah onun qarşısına elə bir insan çıxardar ki, o da deyər ki, ana həyat tamamilə başqadır”.