Nəzrinlə Mərdan eşqi necə başlayıb? - "Mənə ilk görüşdə " - FOTO

Nəzrinlə Mərdan eşqi necə başlayıb? - "Mənə ilk görüşdə " - FOTO

İnfluenser Nəzrin Nəcəfova müğənni həyat yoldaşı Mərdan Kazımovla tanışlıq hekayəsindən danışıb.

  • Nigar FOTOsu ilə diqqət çəkdi
  • Ramiz Novruzun arxiv görüntülərini paylaşdı - VİDEO
  • Samir "MTV"dən getdi 

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, Sura Husseinin yutub kanalındakı verilişində qonaq olarkən açıqlama verib:

"Hər şey birdən oldu. Dostlarımız sayəsində tanış olduq. Mərdanı sənətçi kimi tanıyırdım. "O ses Türkiye"də iştirak etdiyini bilirdim. Hərdən soruşur ki, sən məni həmin verilişdə izləmişdin? Deyirəm, hə, izləmişdim, yadımdadır. Şəxsi tanışlığımız yox idi. Tanış olduq, dost kimiydik. Mənə dedi ki, suşi sevirsən? Dedim hə. Dedi ki, onda gedək suşi yeyək. İnsanın aurasına önəm verirəm, ilk görüşdən fikir verdim ki, çox gözəl enerjisi var, gülərüzdür. 

Söhbətimiz də tuturdu. Mənə ilk görüşdə kitab hədiyyə etdi. Zövqlərimiz üst-üstə düşürdü. Yadımdadır, ilk görüşümüzdə məni bir məkana apardı ki, orada canlı musiqi olur. Orada da mənim üçün səhnəyə çıxıb mahnı oxudu. Mən də onu çəkmişdim, həmin video qalı. Mən çox məqamlara fikir verən insanam. Ona görə fikirləşirdim ki, görəsən kimisə bəyənə biləcəyəm? Görünüş təbii ki, vacibdir. Mən surətpərəst insanam, rəssamam. Mənim üçün ən önəmli xüsusiyyətlərdən biri görünüşdür. Mərdanın da gülərüzü məni çox cəlb etmişdi".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun