Kirayədə yaşadıqları villanı 2 milyon dollara aldılar

Kirayədə yaşadıqları villanı 2 milyon dollara aldılar

Aktyor Barış Arduç və həyat yoldaşı Gupse Özay uzun müddət kirayədə yaşadıqları evi satın alıblar.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, villa üçün 2 milyon dollar ödəyən cütlük illərdir kirayədə yaşadıqları evi indi öz mülklərinə çeviriblər.

Xatırladaq ki, Barış Arduç və Gupse Özay 2014-cü ildə birlikdə rol aldıqları "Deliha" filminin çəkiliş meydançasında tanış olublar. Film setində başlayan münasibətlərini 2020-ci ildə evliliklə möhkəmıəndirən cütlük 2022-ci ildə ilk övladları Can Asyanı qucaqlarına alıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun