Amerikalı məşhur müğənni Demi Lovato ailə qurur.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 31 yaşlı ifaçı musiqiçi Cordan Luteslə (əsl adı Jutes) nişanlanıb. O, bu barədə sosial media hesabında yazıb.
"Dünən gecə həyatımın ən gözəl gecəsi oldu və inana bilmirəm ki, həyatımın eşqinə ərə gedirəm. Sevgilim, səninlə ailə quracağım üçün çox həyəcanlıyam. Səninlə keçirdiyim hər gün xəyaldır və səni sonsuza qədər sevmək üçün səbirsizlənirəm. Səni sevirəm" deyə, Demi bildirib.
Qeyd edək ki, müğəninin Cordanla 2022-ci ildən münasibətdədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun