Dünya şöhrətli repçi Kardi Bi doğumdan 12 gün sonra bədən quruluşunu nümayiş etdirib.
OLAY yazır ki, 3-cü dəfə dünyaya övlad gətirən sənətçi doğuşdan səkkiz gün sonra idman zalında məşqlərə qayıdıb və fit görünüşü ilə görənləri təəccübləndirib.
Kardi instaqram səhifəsində onun arıya bənzər belini vurğulayan dekolteli “crope” sviter cins şalvarda fotolarını izləyiciləri ilə bölüşüb.
Sosial şəbəkə əhli musiqiçinin doğuşdan sonra ideal bədən ölçüyə sahiblənməsinə şübhə ilə yanaşaraq müxtəlif iddialar səsləndiriblər.
İzləyicilər Kardinin sözügedən fotoların şərh bölməsinə ““Doğrudanmı o, təkbaşına dünyaya uşaq gətirib?”, “Necə belə bir formanı tez zamanda aldı?”, “Kardi, dur. Bunu bədəninizə etməyin”, “Heyrətamiz bədən quruluşu”” fikirlər yazıblar.
Xatırladaq ki, Kardi Bi və əri Offset 2017-ci ilin sentyabrında gizli şəkildə evləniblər. 2019-cu ildə onların Kalçe Kiara adlı bir qızı, 2021-ci ilin payızında isə Veyv adlı bir oğlu dünyaya gəlib. Cütlüyün çətin münasibətləri var. Beləki, Kardi bir neçə dəfə ərindən boşanmaq barədə ictimaiyyət qarşısında danışsa da, sonradan sözlərindən geri çevirib.