Tolik yenidən bu müğənni ilə ÇALIŞACAQ - FOTO

Tolik yenidən bu müğənni ilə ÇALIŞACAQ - FOTO

Aparıcı Tarix Əliyev xeyli müddətdir fasilə verdiyi prodüserlik fəaliyyətini bərpa edib.

Milli.Az shownews.az-a istinadən xəbər verir ki, bu haqda aparıcının özü sosial media hesabında açıqlama edib. O, Yaşar Yusubla işbirliyinə başladığını bildirib:

"5 ildən artıqdır ki, heç bir müğənni ilə prodüser olaraq çalışmıram.

Baxmayaraq ki, həm xanım, həm də bəy ifaçılardan çoxsaylı iş təklifi almışam. Amma "Xəzər" telekanalında gündəlik verilişlərə başladığım gündən bu günə qədər bütün gücümü aparıcılığa həsr etdim.

Düşürəm, burda da uğur qazanmağı bacardım.

Əməkdar artist Elton Hüseynəliyev ilə 7 ildən artıq birgə çalışdıq. Və o, çalışdığım ilk bəy ifaçı idi.

Bu aralar çox düşündüm və Yaşar Yusubda yetərin qədər potensial olduğunu gördüm. Mənim bu qrafikimdə ən uyğun məhz onu gördüm.

Çünki heç kəslə qalmaqalı yox, öz sənəti və öz dünyası var. Yaşar neçə vaxtdır ki, mənə bu təklifi edib.

Çox düşünüb, qərar verdikdən sonra bu açıqlamanı sizə verirəm.

Mənim üçün əsas müğənninin gündə toyu olub, o restorandan bu restorana qaçması deyil. Əsas odur ki, Yaşar bayağı ifaçı deyil. Öz dinləyici auditoriyası var.

Mənimlə də çalışması ona daha da motivasiya verib, uğur gətirəcək.

Allah işimizi avand etsin".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun