"Mahnı hələ də mənim adımdadır" - FOTO

"Mahnı hələ də mənim adımdadır" - FOTO

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu "Cənnətimsən" mahnısının müəllifi kimi rəsmi olaraq Arzu Məmmədovanın tanındığı haqda açıqlama yayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Vəfa Şərifova da eyni açıqlamanı yayaraq, mahnının müəllifinin özü olduğunu bildirib.

"Haqqın yanında olun. Mənim çəkdiyim əziyyətin altından heç kim çıxmayacaq. O qədər haqsız duruma düşdük ki... Qarşı tərəf mahnını MESAM-da başqa adla qeydiyyatdan keçirtdirib. Mahnının müəllifi kimi hələ də Vəfa Şərifovadır, öz adımadır" deyə, Vəfa açıqlamasında bildirib. 

Qeyd edək ki, Vəfanın yutub kanalından mahnı silinsə də ifaçı yenidən onu yükləyib. Mahnının müəllifi bəstəni Şəbnəmə satdığını bildirib. Vəfa isə bəstənin müəllifi kimi ilk vaxtlar özünü göstərib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun