Vəkilin açıqlaması Alsunu əsəbiləşdirdi

Vəkilin açıqlaması Alsunu əsəbiləşdirdi

Müğənni Alsu və keçmiş həyat yoldaşı Yan Abramovun arasındakı qalmaqal boşandıqdan sonra da bitməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iş adamının vəkili Aleksander Dobrovinski müğənninin ikinci vətəndaşlığı olduğu yerdə - Böyük Britaniyada ərinə qarşı yeni iddia qaldırdığını elan edib.

Alsu məlumatı tez bir zamanda təkzib edib, o, vəkili yalan danışmaqda ittiham edib. Vəkil isə yeni bir açıqlama yayaraq Alsunun Londonda satılan daha bir mənzil üçün pul tələb etdiyini bildirib.

Asu paylaşım edərək "Hörmətli media, xahiş edirəm yalan məlumat yaymayın. Peşənizə hörmət edin. Hesab edirəm ki, vəkil  və onun müdafiə etdiyi şəxs mənim adımı ləkələmək üçün qəsdən müxtəlif mövzular uydururlar. Başqa izahım yoxdur. Onun heç bir ifadəsində həqiqət yoxdur" sözlərini bildirib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun